Vyanada Azərbaycan muğamı səsləndi
31 oktyabr 2015 05:12 (UTC +04:00)

Vyanada Azərbaycan muğamı səsləndi

Azərbaycanın görkəmli muğam ifaçısı, Xalq Artisti, Qran-Pri mükafatçısı Simarə İmanova Vyanada təşkil olunan “Salam.Orient” (Salam.Şərq) festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatın görə, Vyananın mərkəzində yerləşən “Odeon” teatrında keçirilən konsertdən öncə festivalın təşkilatçısı və bədii rəhbəri Norbert Ehrlix çıxış edib. O, rəhbərlik etdiyi festivalın proqramında Azərbaycan musiqisinin özünəməxsus yer tutduğunu bildirib. Qeyd edilib ki, uzun illərdən bəri festival çərçivəsində Azərbaycanın tanınmış musiqiçiləri avstriyalı musiqisevərlərin görüşünə gəlir və onlara Azərbaycanın zəngin musiqi sənəti, muğamı, xalq mahnıları ilə tanış olmaq, onlardan zövq almaq imkanı bəxş edirlər. N. Ehrlix konsertin ərsəyə gəlməsində göstərdiyi təşkilati dəstəyə görə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.

 

Simarə İmanova konsertdə muğamlar, təsniflər və xalq mahnıları ifa edib. Vətənpərvərlik mövzusunda qəzəl və şeirlərin yer aldığı musiqi parçaları tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb. İfaçını tarda Ramin Rzayev, kamançada Anar Yusubov, nağarada Ruhulla Dadaşov müşayiət ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07