Vokalçılarımız Ukrayna və Belarus həmkarları ilə bir arada
14 noyabr 2013 18:29 (UTC +04:00)

Vokalçılarımız Ukrayna və Belarus həmkarları ilə bir arada

Noyabrın 23-də Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operasının tamaşası olacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşada xalq artisti Əli Əsgərov, əməkdar artistlər İnarə Babayeva, Əkrəm Poladov, vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Fərid Əliyev və başqaları çıxış edəcək.

Ukrayna Milli Operasının aparıcı solisti, beynəlxalq müsabiqələrinin laureatı Olqa Naqornaya tamaşada Mimi, Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Vladimir Qromov isə Marsel rolunu oynayacaqlar. Tamaşaya professor Cavanşir Cəfərov dirijorluq edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar