
VII Muğam Müsabiqəsinin qalibləri bəlli oldu
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb.
Heydər Əliyev Mərkəzində keçirilən final gecəsində 7 xanəndə - Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.
Gənc xanəndələr İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıb. Birinci yerlərin sahiblərinə milli geyim dəsti təqdim olunub.
İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar.
Qeyd edək ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlı olub. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.
(axşam.az)
Oxşar yazılar

Mən çox mehriban adamam - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ
4 avqust 2025 , 15:18
Keçmiş məşhur futbolçunun qızı "Aclıq oyunları" filmində baş rolda çəkiləcək
4 avqust 2025 , 14:48
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn edildi - VİDEO -YENİLƏNİB
4 avqust 2025 , 14:20
Anar ağlayaraq: "Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm"
4 avqust 2025 , 14:17
Anar və Əkrəm Əylisli Elçin Əfəndiyevin ölümündən sarsıldıqlarını bildiriblər
3 avqust 2025 , 19:16
Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn ediləcəyi tarix və məkan məlum oldu-YENİLƏNİB
3 avqust 2025 , 16:30
Xalq yazıçısı Elçin Əfəndiyev vəfat etdi
3 avqust 2025 , 13:13