Azərbaycanın xalq artisti Zeynəb Xanlarova ABŞ-da səfərdədir.
Lent.az-ın xəbərinə görə, bu barədə vəkil Aslan İsmayılov “facebook”da status yazıb.
Vəkil yazıb ki, Z. Xanlarova hazırda Nyu Yorkdadır və ABŞ-ın böyük şəhərlərində konsert vermək üçün müqavilə imzalayır: “Bu gün amerikalı vəkil dostumla söhbət zamanı öyrəndim ki, şəxsiyyətinə və sənətinə hörmət etdiyim Zeynəb Xanlarova Nyu-York şəhərindədir. Orada ABŞ-ın böyük şəhərlərində keçirəcəyi konsertlərlə bağlı müqavilələr imzalayır. Bu xəbərə çox sevindim, çünki bu yaxınlarda bəzi "məşhur vəkillər" bir nəfər dələduzu müdafiə etmək üçün KİV-lərdə bildirirdilər ki, guya Zeynəb Xanlarovaya ABŞ-a getməyə viza verilməyib. Bu xəbəri Zeynəb xanımdan dəqiqləşdirəndə iftira olduğunu bildirmişdi. Ancaq o zaman qalmaqal həvəskarlarına bir dərs verdi, öz adına uyğun davrandı və mətbuatda o yalanın təkzib olunmasına razı olmadı”.