
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 10 gün davam edəcək
Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi sentyabrın 18-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.
Lent.az-a Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, açılış mərasimində Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın məşhur violin ifaçısı P.İ.Çaykovski adına XVI Beynəlxalq Müsabiqənin birincisi Sergey Doqadin çıxış edəcək.
Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə onun 6 saylı Simfoniyası səsləndiriləcək. Həmişə olduğu kimi, bu dəfə də festivalın proqramı zəngin olacaq.
Sentyabrın 30-dək davam edəcək builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.
Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
Oxşar yazılar

Özünüzü anlamağa yardım edəcək 10 psixoloji kitab
26 avqust 2025 , 14:41
Bu yay izləməyə dəyər 5 yeni film
26 avqust 2025 , 12:16
Nəsiminin məzarı Azərbaycana gətirilir
26 avqust 2025 , 11:03
Bethovenlə bağlı üzə çıxan YENİ FAKT: əsrlər boyu nəyi gizlədiblər?
25 avqust 2025 , 18:05
Populyarlıq qazanmış 8 maraqlı serial
25 avqust 2025 , 16:53
“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti Şamil Süleymanlı ilə MÜSAHİBƏ
22 avqust 2025 , 14:02
Özünü oynayan ulduzlar: Kino tarixinin ən yaddaqalan 10 kameosu
22 avqust 2025 , 11:51