Ankarada Prezident Simfonik Orkestrınin Konsert zalında Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı – TÜRKSOY-un yaradılmasının 20 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində türk xalqlarının musiqilərindən ibarət konsert olub. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Hazırda Türkiyə prezidenti Abdullah Gül ilə TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirləri və nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilir.
654