Turizm sərgisi başa çatıb
05 aprel 2014 20:12 (UTC +04:00)

Turizm sərgisi başa çatıb

 “Baku Expo” Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2014") sərgisi başa çatıb.

 

APA-nın məlumatına görə, 38 ölkədən 351 şirkətin qatıldığı sərgi iştirakçılarının 60%-dən çoxunu xarici iştirakçılar təşkil edirdi və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim ediblər.

 

Sərgidə milli stendlərin fəal iştirakı ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Tailand, Türkiyə, Stavropol vilayəti, Soçi, Fransa, Çernoqoriya və Çexiyadan 24 milli və regional qrup iştirak edib.

 

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582
avatar

Oxşar yazılar