Tiflisdə beynəlxalq turizm konfransı
24 may 2013 20:11 (UTC +04:00)

Tiflisdə beynəlxalq turizm konfransı

Tiflis (Gürcüstan) şəhərində "Qara dəniz və Xəzər dənizi regionlarında turizmin inkişafı" mövzusunda üç günlük 8-ci İpək Yolu beynəlxalq konfransı başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Qara Dəniz Beynəlxalq Universitetinin və digər universitetlərin təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə Türkiyə, Amerika, Gürcüstan, Azərbaycan, İran, Polşa və Rusiyanı təmsil edən nümayəndə heyətləri iştirak edir.

 

Konfransın açılış mərasimində Gürcüstan Elm və Təhsil Nazirliyinin ali təhsil idarəsinin rəisi Nuqzar Çitaia, Qara Dəniz Beynəlxalq Universitetinin rektoru Şegket Erken Tunç, Türküyənin Gürcüstandakı səfərinin müavini Aydın Açıqel, Tiflis Dövlət Universitetinin rektoru Avtandil Çutlaşvili, Gürcüstan Texniki Universitetinin rektoru Arçil Pçangişvili, Gürcüstan İqtisadiyyat Nazirliyi nəzdində Milli Turizm İdarəsinin rəis müavini Mariam Kvrivişvili, tədbirin təşkilat komitəsinin sədri, Qara Dəniz Beynəlxalq Universitetinin rektor müavini Giuli Alasaniya, Polşa Turizm Universitetinin turizm fakültəsinin rəhbəri Tereza Skalka, ABŞ-dakı Kennezi Universitetinin professoru Murad Doral və başqaları çıxış edərək, müasir şəraitdə turizmin inkişafında olan yeniliklərdən, ölkələr arasında turizm sahəsində olan perspektivlərdən, həyata keçiriləcək layihələrdən və turizmin inkişafı üçün yaradılan şəraitdən söhbət açıblar.

 

Bu gün tədbir iştirakçıları Gürcüstanın Milli Muzeyində olub, Msxeta bölgəsindəki tarixi yerlərə baş çəkdikdən sonra Batumiyə yola düşüblər. Tiflisdə başlanan beynəlxalq  konfrans sabah Batumidə 7 ölkənin nümayəndələrinin iştirakı ilə davam edəcək və tədbirdə turizmin perspektivləri imkanları, iqtisadiyyat və tibb turizmi mövzularında 51 məruzə dinləniləcək.

 

Qara Dəniz Beynəlxalq Universitetinin rektor müavini Giuli Alasaniya APA-ya açıqlamasında İpək Yolu çərçivəsində Tiflisdə açılan bugünkü beynəlxalq konfransı vacib tədbir adlandırıb.

 

Azərbaycan Dillər Universitetinin regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva isə APA-ya açıqlamasında bildirib ki, dünya ölkələri indi Qafqazla maraqlanır: “Buna görə də belə konfransların keçirilməsi vacibdir. Ölkələrimizə gələn turistlər elmi, infrastruktur potensiyalımızla tanış olur, bizi təbliğ edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637
avatar

Oxşar yazılar