Təyyar Bayramov "Nadir səs" seçilib
01 sentyabr 2015 18:11 (UTC +04:00)

Təyyar Bayramov "Nadir səs" seçilib

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında Azərbaycanı təmsil edən  "Buta" musiqi qrupu "Nadir səs" nominasiyasına layiq görülüb. Əməkdar artist, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə "Buta" qrupunda əməkdar artistlər Elçin Həşimov, kamançada Elnur Əhmədov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov öz gözəl ifaları ilə milli musiqimizi yüksək səviyyədə təbliğ edərək 66 iştirakçı dövlət arasında yüksək nəticə göstəriblər.

T. Bayramov Lent.az-a açıqlamasında bildirib ki, mükafatı Səmərqənd vilayətinin hakimi (rəhbəri) Zoir Mirzəyev təqdim edib. Bu il də festivalda Azərbaycan musiqisinə maraq böyük oldu. Səmərqəndin küçə və meydanlarında, Həmid Əlimcan adına Dram Teatrının qarşısındakı meydanda, o cümlədən Səmərqənd vilayətinin Camboy şəhərində bir-birindən gözəl muğam və xalq mahnılarını ifa etdik, çoxsaylı iştirakçıların rəğbətini və alqışlarını qazandıq”. Festival çərçivəsində elmi-nəzəri konfrans da keçirilib. Tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər - Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış ediblər.

 

Xatırladaq ki, festivalın ilk "Qran Pri" mükafatına layiq görülmüş xalq artisti Simarə İmanova da yubiley tədbirlərinə fəxri qonaq kimi qatılıb və Festival çərçivəsində keçirilən konsert proqramlarında çıxış edib.

1997-ci ildən bəri iki ildən bir keçirilən "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalı dünyada ən böyük musiqi bayramlarından birinə çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376

Oxşar yazılar