““British Council” Azərbaycan nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə “Teatr əməkdaşlığı “ layihəsi davam edir.
Lent.az-ın məlumatına görə, bu, Gənc Tamaşaçılar, Akademik Milli Dram , “Yuğ” , Pantomim və Rus Dram Teatrı kimi dövlət və özəl teatrları ilə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir layihədir və Böyük Britaniya mütəxəssislərinin keçdiyi təlim gənc aktyorların, texniki heyətin bilik və bacarıqlarının artırılmasına istiqamətlənib.
Layihənin məqsədi gənc aktyorların, texniki heyətin peşəkarlığını dünya standartları səviyyəsinə qaldırmaqdır. Təlimi 20 illik təcrübəsi olan işıqlandırma dizayneri Maykl Manyon gerçəkləşdirir. Qeyd edək ki, təlim sabah yekunlaşacaq.