Teatrda yaranmış zərərə görə pul verəcəklər
08 oktyabr 2013 11:55 (UTC +04:00)

Teatrda yaranmış zərərə görə pul verəcəklər

Gələn il dövlət büdcəsində teatr və kino müəssislərində yaranmış zərərin ödənilməsi xərcləri üçün 15.8 milyon manat ayrılacaq. Bu barədə Lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib. 2014-cü ildə xarici populyar televiziyalarda Azərbaycanın turizm imkanların təbliği üçün də vəsait ayrılacaq.  Bu vəsaitin isə 0.7 milyon manat olması nəzərdə tutulub.

 

Yazıçıların, bəstəkarların və rəssamların gələn ilki xüsusi təqaüd fondunun həcmi də açıqlanıb. Belə ki, təqaüd fondunun həcmi 0.6 milyon manat həcmində müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790

Oxşar yazılar