Tariyel Qasımovun 75 yaşı tamam olur
29 mart 2014 10:49 (UTC +04:00)

Tariyel Qasımovun 75 yaşı tamam olur

0

Aprelin 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın aktyoru, xalq artisti Tariyel Qasımovun 75 illik yubileyi keçiriləcək. Teatrdan Lent.az-a verilən məluamata görə, tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimlərinin iştirak edərək. Mərasim iştirakçılarına yubilyarın rol aldığı filmlərdən fraqmentlər nümayiş etdiriləcək.

Teatrın foyesində aktyorun ifa etdiyi tamaşalar və filmlərdən ibarət fotosərgi olacaq.

Qeyd edək ki, 1939-cu il fevralın 4-də Ağstafanın Köçəsgər kəndində anadan olan T. Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1964-cü ildən bəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar