Tanınmış rejissor xəstəxanaya yerləşdirildi
07 oktyabr 2015 12:41 (UTC +04:00)

Tanınmış rejissor xəstəxanaya yerləşdirildi

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev xəstəxanaya yerləşdirilib.

 

Rejissor Elxan Qasımovun APA-ya verdiyi məlumata görə, F. Əliyev hazırda N. Tusi adına xəstəxananın reanimasiya şöbəsində müalicə alır: “Üç-dörd gündür, xəstəxanaya yerləşdirmişik. Vəziyyəti orta-ağırdır. Hələlik yanına adam buraxmırlar. Ümid edirik, hər şey yaxşı olacaq”.

 

Qeyd edək ki, Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Əməkdar incəsənət xadimidir.
 
O, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. filmlərin rejissorudur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar