Oktyabrın 28-də Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Əməkdar İncəsənət Xadimi, piano ifaçısı Cəmil Əmirovun və onun rəhbərlik etdiyi “Savab” qrupunun konserti olub.
Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, konsertdə müxtəlif caz kompozisiyaları səsləndirilib. Musiqiçilərin çıxışları tamaşaçıların böyük marağına səbəb olub.
Azərbaycan cazının tanınmış nümayəndələrindən olan Cəmil Əmirov görkəmli bəstəkar Fikrət Əmirovun oğludur. Musiqiçi çoxsaylı beynəlxalq festivalların iştirakçısıdır. Onun 2003-cü ildə yaratdığı “Savab” qrupu dünyanın müxtəlif ölkələrində konsert proqramı ilə çıxış edib.