Sumqayıtın məşhur abidəsi söküləcək
28 mart 2014 15:25 (UTC +04:00)

Sumqayıtın məşhur abidəsi söküləcək

0

Sumqayıt şəhərində Qarabağ əlillərin və şəhid ailələrinin müraciətinə uyğun olaraq şəhidlər xiyabanı kompleksinin, 20 yanvar və Xocalı abidələrinin tikintisinə hazırlıq işləri gedir. Lent.az-ın məlumatına görə, Sumqayıt şəhər İcra hakimiyyətində şəhər ictimaiyyətinin, şəhid ailələri və Qarabağ əlillərinin iştirakı ilə Heydər Əliyev Fondu tərəfindən gerçəkləşəcək şəhidlər xiyabanı kompleksinin, 20 yanvar və Xocalı abidələrinin layihələrinin təqdimat mərasimi olub. Tədbirdə Şəhidlər xiyabanındakı betondan hazırlanmış ulduz abidəsinin günün tələblərinə cavab vermədiyi və onun sökülərək yerində yeni abidənin ucaldılması dəstəklənib. Bu fikirlər ulduz abidəsinin memarı Vaqif Nəzərov tərəfindən də qəbul edilib.

 

O qeyd edib ki, bu abidə vaxtilə Sovet İttifaqı dövründə 5 guşəli ulduz formasında hazırlanıb, müstəqillik dövründə isə 8 guşəli ulduz formasına salınaraq müvəqqəti saxlanılıb. Bu gün adi betondan hazırlanan bu abidə nə materialların keyfiyyəti, nə də məzmun baxımından günün tələblərinə cavab vermir. Tədbirdə çıxış edən Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev də köhnə abidələrin həm keyfiyyət, həm də məzmun baxımından uyğun olmadığını, yeni layihələrin müasir memarlıq standartlarına tam cavab verdiyini və bu müqəddəs məkanın bu cür möhtəşəm layihələrlə daha təsirli olacağını bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1333

Oxşar yazılar