Sumqayıtda mərhum rejissorun tamaşası nümayiş edilib
Sumqayıt Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” əsəri əsasında, rejissor Rövşən Almuradlının eyniadlı tamaşası təqdim edilib.
ONA-nın yerli bürosununun məlumatına görə, tamaşa mərhum rejissor Rövşən Almuradlının xatirəsinə ithaf olunub. Tədbirdə mərhum rejissorun ailə üzvləri, sənət dostları və onu sevənlər iştirak ediblər.
Qeyd edək ki, ötən ay qəfildən dünyasını dəyişən Rövşən Almuradlının hazırladığı sonuncu tamaşa olan “Oğru” komediya janrındadır. Səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur. Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, İlahə Səfərova rol alıblar.
Oxşar yazılar

Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57
Ən ağrılı yerim oğlumu 24 yaşında itirməyimdir - Yazıçı Hidayətlə MÜSAHİBƏ
21 iyul 2025 , 13:09
Sirr və detektiv sevənlər üçün 5 serial -VİDEO
21 iyul 2025 , 11:12
Ayağı kəsilən aktyor VƏFAT ETDİ
19 iyul 2025 , 12:56
Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25