Seyid Yəhya Şirvani haqqında sənədli film çəkilir
21 sentyabr 2013 12:05 (UTC +04:00)

Seyid Yəhya Şirvani haqqında sənədli film çəkilir

Türkiyə Səfirliyinin Mədəniyyət Müşavirliyinin dəstəyi ilə Türkiyə və Azərbaycan arasında uzun illərə söykənən qardaşlıq, dostluq əlaqələrinin, ortaq mədəniyyət birləşməsi ilə bağlı sənədli filim çəkilir. Lent.az-ın məlumatına görə, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin təşəbbüsü ilə "Xəzərin pirə Seyid Yəhya Şirvani" adlı bu sənədli filim Seyid Yəhya Şirvaninin həyat və yaradıcılığına həsr edilib.
 

2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.
 

Qeyd edək ki, Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən sənədli filimin çəkilişləri Azərbaycan və Türkiyədə reallaşdırılacaq. Azərbaycanda çəkiliş keçirilməsi planlaşdırılan məkanlar Şamaxı Cümə Məscidi, İçəri Şəhər, Şirvanşahlar Sarayı və Muzeyi, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar