Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı keçirilir
23 avqust 2015 14:40 (UTC +04:00)

Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı keçirilir

Avqustun 22-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində növbəti beynəlxalq tədbir - “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının açılış mərasimi keçirilib.  

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və “ALMUS Prodiction” şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ifaçılar iştirak edirlər.

 

Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə keçürilən musiqi bayramı avqustun 26-dək davam edəcək. Festival axşam saatlarında şəhərin mərkəzi meydanında nağaraçalanların yürüşü ilə başlayıb. Yüzədək nağara ifaçısı çal-çağırla şəhərin M.F.Axundzadə prospekti ilə şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Qala divarlarına doğru hərəkət edib. Nağaraçalanların yürüşü Qoruğun ərazisindəki Yay Teatrında başa çatıb.


Daha sonra Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq ilk dəfə keçirilən zərb alətləri festivalının qədim musiqi sənətimizi, eyni zamanda tariximizi qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıdığını bildirib.
 

Vurğulanıb ki, milli musiqi sənətimizdə zərb alətləri özünəməxsus yer tutub. Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən biri də nağaradır. Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Qobustanda on-on iki min əvvələ aid “Qaval daşı” adlanan böyük bir qaya parçası var. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunub. Bu daş indi də zərb alətlərinə xas keyfiyyətlərini saxlayır.
 

Bildirilib ki, festivalın Azərbaycanın qədim şəhərlərindən olan Şəkidə keçirilməsi təsadüfi deyil. Bu şəhər artıq bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Şəki artıq bayramlar, ənənələr və festivallar şəhəri kimi tanınır. Belə festivalların keçirilməsi xalqımızın zəngin mədəniyyətinin, eləcə də Şəkinin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
 

Rəsmi hissədən sonra Özbəkistanın “Abbos”, İranın “Lian”, Türkiyənin “İstanbul Harem” və Azərbaycanın “Natiq ritm” qrupları tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar

Ən yaxşı 7 macəra  filmi -VİDEO

Ən yaxşı 7 macəra filmi -VİDEO

29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda  necə görünür?

"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?

29 aprel 2025 , 15:22
Məşhur yazıçı  öldürüldü

Məşhur yazıçı öldürüldü

28 aprel 2025 , 22:08
2025-in ən yaxşı  5 komediya   serialı -VİDEO

2025-in ən yaxşı 5 komediya serialı -VİDEO

28 aprel 2025 , 17:56
Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

28 aprel 2025 , 15:08
2025-ci ilin ən vacib  filmlərindən biri - "Müqəddəs əncirin toxumu" -  VİDEO

2025-ci ilin ən vacib filmlərindən biri - "Müqəddəs əncirin toxumu" - VİDEO

28 aprel 2025 , 13:30
Aktyor Möylə Mirzəliyev vəfat etdi

Aktyor Möylə Mirzəliyev vəfat etdi

28 aprel 2025 , 12:41
Əhvalınızı düzəldəcək 5 film

Əhvalınızı düzəldəcək 5 film

28 aprel 2025 , 12:06