Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundovanın səhhəti pisləşib. Ötən gecə ürəyindəki problemlərlə bağlı xəstəxanaya aparılan Ş.Axundova gecəni Şəki rayon Xəstəxanasının reanimasiya şöbəsində keçirib.
Lent.az-ın məlumata görə, bu haqda xalq artistinin yaxınları aznews.az-a bildirib ki, hazırda sənətkar təcili yardım maşını ilə Şəkidən Bakıya gətirilir və paytaxtdakı xəstəxanalardan birinə yerləşdiriləcək: “Şəfiqə xanımın halı pisdir. Şəki xəstəxanası onun təcili Bakıya aparılmasını məsləhət bildilər. Biz yoldayıq. 3 saata kimi Bakıda olacağıq”.
Xatırladaq ki, Kanal S-in məlumatına görə, ötən gün saat 23:00 radələrində sənətkar Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onun səhhəti ötən axşam qəfildən pisləşib.
Həkimlərin müdaxiləsindən sonra xalq artistinin vəziyyəti normallaşıb.
Qeyd edək ki, 89 yaşlı xalq artisti uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Bu il ərzində o, bir neçə dəfə xəstəxanada müalicə edilib.
Şəfiqə Axundovanın vəziyyəti pisləşib
1230