
Rüstəm İbrahimbəyovun bu ittifaqa sədrliyi təsdiqləndi
Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbər orqanlarının səlahiyyətlərini təsdiq edib.
Bu barədə APA-ya İttifaqın katibi Əli İsa Cabbarov məlumat verib.
O bildirib ki, 1963-cü ildə təsis olunmuş İttifaqın heç vaxt qeydiyyat problemi olmayıb: “Sadəcə İttifaqın nizamnaməsini "Qeyri Hökumət Təşkilatları haqqında" qanunun tələbinə uyğun redaktə etmək və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. İyulun 16-da keçirilən konfransda sədr və İdarə Heyəti seçildi”.
Katibin sözlərinə görə, Ədliyyə Nazirliyi İttifaqın bütün orqanlarının, o cümlədən sədr Rüstəm İbrahimbəyovun səlahiyyətini təsdiq edib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri kinorejissor Rüstəm İbrahimbəyov, üzvləri isə Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinskiy, Əli İsa Cabbarov, Firəngiz Qurbanova, Baba Vəziroğlu, Məbud Məhərrəmov, Şükufə Yusupova, Əsəd Əsədov, Həmidə Ömərova, Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimlidir.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06