Rus Dram Teatrı Tbilisiyə gedir
26 oktyabr 2015 11:35 (UTC +04:00)

Rus Dram Teatrı Tbilisiyə gedir

Oktyabrın 26-dan 30-dək Tbilisidə "Rus klubu" Beynəlxalq Mədəni-Maarif İttifaqının dəstəyi ilə  A.Qriboyedov adına Akademik Rus Dram Teatrının yubiley şənlikləri  və Rus Teatrlarının Ümumdünya Konqresi keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, tədbirə müxtəlif ölkələrdə fəaliyyət göstərən rus teatrlarının bədii rəhbərləri və direktorları, görkəmli mədəniyyət xadimləri dəvət olunub.

Qriboyedov adına teatrın 170 illiyinə həsr olunmuş konqresin proqramına dəyirmi masalar, aktual mövzularda yaradıcılıq görüşləri, açıq mühazirələr, müasir rus teatrının problemləri daxildir.

Azərbaycandan bu önəmli konqresdə Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və baş rejissor Aleksandr Şarovski iştirak edirlər.

Teatrdan bildirilib ki, bu səfər son 5 il ərzində  Səməd Vurğun adına Rus Dram Teatrının Qriboyedov adına Tbilisi Akademik Rus Dram Teatrının kollektivləri arasında yaradlan dostluq və yaradıcılıq əlaqələrinin davamıdır.

Yubiley gecəsində Rus Dram Teatrının rəhbərliyi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından təbrik məktubu oxuyacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28