Qəbələdə möhtəşəm konsert
28 iyul 2015 02:33 (UTC +04:00)

Qəbələdə möhtəşəm konsert

0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq iyulun 27-də Heydər Əliyev adına Konqress Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə İspaniyanın “Barselona və Flamenko” Ansamblının  konserti olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, tanınmış xoreoqraf Rafael Amarqonun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və teatr tamaşalarını təqdim edib. On ildən çoxdur ki, fəaliyyət göstərən ansambl konsert iştirakçılarına “Opera və Flamenko” və “Qran Qala Flamenko” tamaşalarını təqdim edib.   

 

Qeyd edək ki, bu ansamblın tamaşaları Barselonada ən çox baxılan tamaşalardı. “Barselona və Flamenko”nun kollektivi hər il Avropa və Şimali Amerikada çıxışlar edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar