Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.
Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev görüşdə iştirak edən qonaqları salamlayıb, tanınmış mədəniyyət və incəsənət adamlarının bir yerə toplaşıb belə tədbirdə iştirak etməsini xoş hal kimi dəyərləndirib. Dövlət başçısı 10 il bundan əvvəl tanınmış sənətçinin “İstiqlal”, indi isə “Şərəf” ordeni ilə təltif etdiyini bildirib. “Polad Bülbüloğlunun yaradıcılığı öz ilhamını çox qədim köklərə malik xalq yaradıcılığından götürür”, - deyən prezident İlham Əliyev yubilyarın görkəmli ifaçı kimi yaddaşlarda qalan Bülbülün ailəsində dünyaya göz açdığını vurğulayıb, onun mahnılarının hamı tərəfindən sevildiyini söyləyib.
Prezident İlham Əliyev bir daha təbriklərini çatdıraraq, Polad Bülbüloğluna Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Şərəf” ordenini təqdim edib.
Sonra SSRİ xalq artisti İosif Kobzon, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın əməkdar artisti Bari Alibasov, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, bəstəkar, SSRİ xalq artisti Yevgeni Doqa, SSRİ xalq artisti Lyudmila Rümina, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Tacikistanın xalq artisti Curabek Murodov, SSRİ Dövlət mükafatı laureatı Andrey Dementyev çıxış ediblər.
Prezident İlham Əliyev Azərbaycanda həmişə sənətə və sənət adamlarına hörmətlə yanaşıldığını bildirib. O, bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyinə və mədəniyyətlərarası əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini qeyd edib.
Sonda xatirə şəkli çəkdirilib.

Prezident və xanımı bir qrup mədəniyyət xadimi ilə görüşdülər
Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23