“İmamzadə” kompleksinə 4 milyon manat ayrıldı - SƏRƏNCAM
09 sentyabr 2015 18:07 (UTC +04:00)

“İmamzadə” kompleksinə 4 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar