Polad Bülbüloğlu "Dostluq" ordenini Nikita Mixalkova təqdim edib
22 oktyabr 2015 03:11 (UTC +04:00)

Polad Bülbüloğlu "Dostluq" ordenini Nikita Mixalkova təqdim edib

Moskvada Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, tanınmış kinorejissor Nikita Mixalkovun 70 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə iştirak edən Azərbaycanın Rusiya fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edərək Nikita Mixalkovun təltif olunması ilə bağlı Azərbaycan Prezidentinin sərəncamını və səmimi təbrik məktubunu oxuyaraq “Dostluq” ordenini ona təqdim edib.

 

Nikita Mixalkov əməyinə verdiyi yüksək qiymətə görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O, bu yaxınlarda Bakıya səfəri zamanı İlham Əliyevlə keçirdiyi görüşü xatırlayaraq, həmin görüşün onda xoş təəssürat oyatdığını vurğulayıb. Yubilyar Aleksandr Qriboyedov haqqında müştərək filmin çəkilişləri ilə bağlı razılığın olduğunu da qeyd edib.

 

Tədbirdə iştirak edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin də Nikita Mixalkovu ürəkdən təbrik edib.

 

Qeyd edək ki, 20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovu Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28