Avtobusdan yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədova 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsindən palataya köçürülüb. APA TV-yə açıqlama verən xalq artisti hadisənin təfərrüatlarını danışıb: "Avtobusdan düşmək üçün qapıya yaxınlaşdım. Avtobus saxlamışdı, arxadan gələn digər marşrut onu tələsdirirdi. Düşəcəyimi bildiyimdən heç yerdən tutmamışdım. Sürücü əyləci qəfil basdı və mən avtobusun bu başından o biri başına uçdum. Nəticədə onurğam zədələndi".
Xalq artisti hazırda ağrılarının yüngülləşdiyini deyərək zarafatında da qalmır: “Bacım deyir ki, yaxşısan, yanaqların qızarıb. Sən demə qan təzyiqim qalxıbmış. Mənə diqqət göstərənlərə minnətdaram. İnanın ki, telefonlar bir dəqiqə susmur".
Xalq artistinin bacısı Maya Həsənova bildirib ki, Nuriyyə Əhmədova indi özünü yaxşı hiss edir. Səhhəti yaxşılaşdığı üçün reanimasiyadan palataya köçürülüb. 3 saylı Şəhər Klinik Xəstəxanasının şöbə müdiri Məhəmməd Məhəmmədov xalq artistinin nevrocərrahi müayinədən keçirildiyini deyib. Ona onurğa sütununun əziyi və 2, 3 və 4-cü bel fəqərələrinin köndələn çıxıntısı diaqnozu qoyulub: “Xəstəxanaya çatdırılan kimi müayinə etdik. Onurğa sütununun kompüter tomoqrafiyası da çəkilib. Aydın oldu ki, 3 və 4-cü bel fəqərələrinin köndələn çıxıntısının sınığı var. Bu sınıqlar fəsadlaşma sınıqlarına aid deyil. Aşağı ətraflarda hissiyyat və hərəkət saxlanılır. Hazırda vəziyyəti orta ağırdır".
Nuriyyə Əhmədova bir həftə xəstəxanada saxlanıldıqdan sonra ambulator müayinəsini davam etdirmək üçün evə buraxılacaq.

Onurğası zədələnən xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti orta ağırdır
Oxşar yazılar

Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimatı keçirilib - FOTO
12 mart 2025 , 19:49
Yazıçılar Birliyi şair İlham Qəhrəmanı məhkəməyə verdi
12 mart 2025 , 12:34
Xalq artisti vəfat etdi
12 mart 2025 , 11:36
Ən yaxşı qorxu filmləri
10 mart 2025 , 17:30
"Qidalanmır, qəti hərəkət etmir" - Xalq artistinin qızı
10 mart 2025 , 15:51
Əfsanəvi müğənni "Eurovision 2025"də çıxış edə bilər: bu ulduz kimdir?
10 mart 2025 , 13:56
Böyük Britaniya kralı DJ oldu
10 mart 2025 , 12:01