Nicat Feyzullayevin yubileyi keçiriləcək
04 noyabr 2015 14:50 (UTC +04:00)

Nicat Feyzullayevin yubileyi keçiriləcək

Azərbaycanın tanınmış kinorejissoru Nicat Feyzullayevin 70 illik yubileyinə həsr edilən xatirə gecəsi keçiriləcək. Lent.az-ın məlumatına görə, tədbir noyabrın 6-I saat 19:00-da Dövlət Film Fondunda reallaşacaq. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir. Yubiley gecəsində N.Feyzullayevə həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostları  xatirələrini bölüşəcəklər.

 

 Azərbaycan kinosunda özünəməxsus yaradıcılığı ilə seçilən kinorejissor N. Feyzullayev 1945-ci il noyabrın 11-də  Bakıda Azərbaycanın görkəmli rəssamları olan əməkdar incəsənət xadimləri  Lətif Feyzullayevin və Vəcihə Səmədovanın ailəsində dünyaya gəlib. Sənətkar özü də müxtəlif rəsm əsərlərinin müəllifidir. O, musiqi məktəbi və Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib.  Daha sonra Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb.

 

25 yaşından "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb,  “Axırıncı aşırım” (1971), “Qızıl qaz” (1972) bədii filmlərində rejissor asistenti kimi çalışıb. Sonra isə bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub. Bundan sonra o, bir-birinin ardınca “Yeni evlənənlər” (1983, q/m, Rus.), “Ya­şa, qızıl balıq” (1988, q/m.), “Küçələrə su səpmişəm” (2004 t/m. bədii) filmlərinə quruluş verib. “Azərbaycanın memarlıq abidələri” (1976), “Anaya məktub” (1980), “Belə bir şəhər var” (1982), “Məhəmməd Füzuli” (1989), “Qara qızılın qara üzü” (1990), “Baba zeytun diyarında” (1992), “Şirvanda izim qaldı” (1994), “Azərbaycan rəngkarlığının kraliçası” (2010 s/f), “Mozalan” satirik k/j üçün bir çox kinosüjetlər çəkib. O, həm də  “Arvadım mənim, uşaqlarım mənim” kino almanaxında i “Toy” novellasının rejissorudur.

 

İstedadlı rejissor 2015-ci il mayın 4-də dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07