Nəbi Xəzrinin 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
25 iyun 2014 19:10 (UTC +04:00)

Nəbi Xəzrinin 90 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

 

Prezident İlham Əliyev xalq şairi Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncamda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirilməsi tapşırılır. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.  

 

Qeyd edək ki, 2014-cü ilin dekabrında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq şairi Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 90 illiyi tamam olur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740
avatar

Oxşar yazılar