Nazirlik turizm şirkətinin lisenziyasını ləğv edib
24 avqust 2015 18:02 (UTC +04:00)

Nazirlik turizm şirkətinin lisenziyasını ləğv edib

 Mədəniyyət və Turizm Nazirliyi “İnter Travel Club” turizm şirkətinin lisenziya fəaliyyətini dayandırıb.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə 27.05.2011-ci il tarixdə, qeydiyyat nömrəsi 224, turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.

 

Adıçəkilən şirkət barəsində Mədəniyyət və Turizm Nazirliyinə daxil olmuş çoxsaylı şikayətlərə, KİV-də dərc edilmiş məqalələrə əsasən müvafiq araşdırma aparılıb və şirkət tərəfindən həqiqətən də bir neçə vətəndaşın aldadaraq pullarını mənimsənildiyi, hazırda hüquq-mühafizə orqanları tərəfindən şirkət rəhbərliyi axtarışa verildiyi müəyyən edilib.

 

Nazirlikdən bildiriblər ki, qeyd olunanları nəzərə alaraq ”İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə  verilmiş 27.05.2011-ci il tarixli, 224 qeydiyyat nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar