Nazir ordenləri təqdim etdi
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Şöhrət” ordeni ilə təltif edilən şəxslərə dövlət təltiflərini təqdim edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən əməkdar memar Rəhim Seyfullayev, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə və Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva “Şöhrət” ordeni ilə təltif ediliblər.
Nazir “Şöhrət” ordeninə layiq görülmüş mədəniyyət xadimlərini ölkə başçısının adından təbrik edərək, onların hər birinin fəaliyyət göstərdikləri sahələrdə böyük xidmətləri olduğunu vurğulayıb.
Qeyd olunub ki, memar Rəhim Seyfullayevin bir sıra mədəniyyət obyektlərinin yaradılmasında, Azər Mustafazadənin ölkəmizdə nəşriyyat işinin təkmilləşməsində, Röya Tağıyevanın Xalça Muzeyinin fəaliyyətində, eləcə də dekorativ-tətbiqi sənətin inkişafında xidmətləri dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib.
205