Muğamımız Çexiyada
11 oktyabr 2013 12:34 (UTC +04:00)

Muğamımız Çexiyada

Oktyabrın 12-də Çexiyanın paytaxtı Praqa şəhərinin ən böyük konsert salonlarının birində Azərbaycan muğamı səslənəcək. Lent. az-ın məlumatına görə, konsertin təşəbbüskarı həmvətənimiz, İtaliyada yaşayan bəstəkar Günay Mirzəyeva və onun italiyalı həyat yoldaşı, bəstəkar Françesko Maggiodur. Hər iki musiqiçinin “Çahargah” və “Şur” ladında olan yeni kompozisiyaları Azərbaycan muğamı ilə sintez edilərək çex ictimaiyyətinə təqdim olunacaq. Muğam parçalarını beynəlxalq müsabiqələrin laureatı Qoçaq Əsgərov səsləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915
avatar

Oxşar yazılar