
Məşhur rejissor vəfat etdi
Fransız rejissoru Jan-Pyer Moki 91 yaşında vəfat edib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumatı “France-Press” agentliyi rejissorun ailəsinin bəyanatına istinadla yayıb.
Məlumatda deyilir ki, Moki avqustun 8-də Parisdəki evində yaxınlarının əhatəsində vəfat edib.
Jan-Pyer Moki karyerasına teatr və kino aktyoru kimi başlayıb. Onu Mikelancelo Antonioninin 1953-cü ildə çəkdiyi “Məğlub edilmişlər” filmindəki rolu məşhurlaşdırıb.
1963-cü ildə çəkdiyi “Məzəli mömin” komediyası isə ona bir rejissor kimi şöhrət qazandırıb. Jan-Pyer Moki “Solo” (1969), “Səfehlər üçün tələ” (1979), “Qızıl dib” (1985), “Salam” (1994), “Könüllü” (2006) və s. filmlərin rejissorudur. O, öz karyerası ərzində 60-dan çox bədii film çəkib. Mokinin filmlərində Jerar Depardye, Pyer Rişar, Burvil və Mişel Simon kimi aktyorlar çəkiliblər. O, dəfələrlə ssenarist, montajçı, prodüser və aktyor kimi çıxış edib.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06