
Məşhur italyan rejissoru Franko Dzeffirelli vəfat etdi
İtalyan rejissoru Franko Dzeffirelli vəfat edib.
APA-nın "Ria.ru"ya istinadən verdiyi məlumata görə, o, Romadakı evində, 97 yaşında dünyasını dəyişib. Maestro Florensiyadakı Porte Santa məzarlığında dəfn ediləcək.
Franko Dzeffirelli 1923-cü ildə Florensiyada anadan olub. İkinci Dünya Müharibəsindən sonra kino və teatr sahəsinə gəlib. Lukino Viskontinin filmləri və tamaşaları üçün dekorasiyalar hazırlayıb. 1953-cü ildə isə tərtibçi rəssam kimi La Scalaya dəvət olunub, daha sonra müxtəlif operalarda quruluşçu rejissor kimi çalışıb.
Dzeffirelli kino sahəsində “Kempinq” adlı qısametralı filmi ilə debüt edib. Ona kinoda Şekspirin əsərlərinə çəkdiyi filmlər məşhurluq gətirib. Dzeffirelliyə “Romeo və Culyetta” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında Oskar mükafatı verilib.
Moestro son filmini 2002-cü ildə lentə alıb.
Oxşar yazılar

Ayağı kəsilən aktyor VƏFAT ETDİ
19 iyul 2025 , 12:56
Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25