Leyla Əliyeva “İncəsənət və zərgərlik” sərgisində
02 mart 2015 23:16 (UTC +04:00)

Leyla Əliyeva “İncəsənət və zərgərlik” sərgisində

Heydər Əliyev Mərkəzində “İncəsənət və zərgərlik” (Art and Jewellery) sərgisinin açılış mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dfa iştirak edib.

 

Sərgidə “Stephen Webster” brendi tərəfindən Leyla Əliyevanın rəsmlərinin motivləri əsasında yaradılmış əsərlər nümayiş olunub. Açılış mərasimində kolleksiyanı “Stephen Webster” şirkətinin qurucusu, dizayner Stiven Vebster təqdim edib.

 

S. Vebster bildirib ki, layihənin ideyasının dörd il bundan əvvəl Leyla Əliyeva ilə etdiyi söhbət zamanı yarandığını qeyd edib.

 

 

Dizayner qeyd edib ki, o, L. Əliyevanın əsərləri ilə tanış olub və onun əsərlərində əks olunan çalarları öz dizaynı, 40 illik təcrübəsi ilə birləşdirib zinət əşyaları yaradıb: “Şübhəsiz ki, bu zinət əşyaları əsərlərdə əks olunan həmin cizgiləri özündə qoruyub saxlamalı, eyni zamanda bir zinət əşyası kimi cəlbedici olmalı idi”.

 

 

Qeyd edək ki, “İncəsənət və zərgərlik” sərgisi “İtaldizain Group” şirkəti ilə birgə layihə çərçivəsində təşkil olunub.

 

 

Sərgi martın 31-dək davam edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar