Lənkəran teatrında yeni tamaşanın premyerası oldu
16 dekabr 2015 22:04 (UTC +04:00)

Lənkəran teatrında yeni tamaşanın premyerası oldu

Dekabrın 16-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı yazıçı Bəhram Beyzayinin "İlan Sultan" əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetişmələrindən bəhs edən səhnə əsərinin quruluşunu İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipur verib. Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.

 

Tamaşada  əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa ediblər.

 

Qeyd edək ki,  ki, Lənkəran Dövlət Dram Teatrı yanvar ayında İranda keçiriləcək beynəlxalq Fəcr festivalında iştirak edəcək. Teatr "İlan Sultan" tamaşası ilə azərbaycanlıların yaşadığı Təbriz, Urmiya, Ərdəbil şəhərlərində də çıxış edəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407
avatar

Oxşar yazılar