Azərbaycanın ilk hərbi diktoru, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı tezliklə “Qələbə marşı” adlı mahnı yazdıracağını söyləyib. Lent.az-ın qaziler.az-a istinadən məlumatına görə, ordumuzun uğurlarından ruhlanan Şəmistan Əlizamanlı Azərbaycanın "Qələbə marşı"nı yazdırmağa qərar verib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu marşın yazılması üçün bütün lazımi köməkliyi göstərəcəyini bildirib.
Bu barədə məlumatı qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu verib.
Onlar bu məlumatı Səfərbərlik və Hərbi Çağırış Üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə hal-hazırda 10-dan yuxarı müharibə təşkilatı rəhbərləri ilə birlikdə cəbhə xətti boyu baş tutan səfər zamanı deyiblər.
Şəmistan Əlizamanlı "Qələbə marşı" İFA EDƏCƏK
441