Həmkarlar ittifaqı hərəkatının 110 illiyi ilə bağlı konfrans keçirilib
17 oktyabr 2015 18:18 (UTC +04:00)

Həmkarlar ittifaqı hərəkatının 110 illiyi ilə bağlı konfrans keçirilib

 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olunmuş “Azərbaycan həmkarlar ittifaqı: tarixi, təşəkkülü və inkişafı, müasir reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. Azərbaycan Əmək və Sosial          Münasibətlər Akademiyasının  mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə konfransı açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi yoldan danışıb, müasir dövrdə həmkarlar ittifaqlarının öz funksiyalarını həyata keçirmək üçün zəruri demokratik şəraitin yaradıldığını, beynəlxalq əlaqələrinin genişləndiyini bildirib.

 

Professor Vəkil Həsənov məruzəsində Azərbaycan həmkarlar ittifaqlarının yaranması, təşkilatlanması, ilk kollektiv müqavilələrin bağlanması, hazırda həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifələrdən danışıb.

 

Dosent Zeynəddin Şabanov qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması yolunda “Həmkarlar ittifaqları haqqında” Qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilmiş bir sıra mühüm əlavə və dəyişikliklər müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzunu artırmış, yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaradıb, minlərlə əməkçinin iş yerini itirməsinin qarşısını almışdır. Bu dəyişikliklər, həmçinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, onların işəgötürənlərdən asılılığının azaldılmasına, cəmiyyətdə sosial tərəfdaşlığın prinsiplərinə əməl olunmasına əsas verib.

 

Akademiyanın Tələbə Həmkarlar Təşkilatının sədri Mahmud Mahmudov təşkilatın fəaliyyətindən, gördüyü və planlaşdırdığı işlərdən danışıb.

 

Tədbirin sonunda yubiley ilə əlaqədar olaraq Akademiyanın Həmkarlar ittifaqı komitəsinin işində fəal iştirakına görə qabaqcıl əməkdaşlara və tələbələrə Fəxri fərmanlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28