"Habil Əliyev kritik durumdan çıxıb" <span style="color:red;">- Həkim -  <span style="color:red;">YENİLƏNİB
20 avqust 2015 13:40 (UTC +04:00)

"Habil Əliyev kritik durumdan çıxıb" - Həkim - YENİLƏNİB

 

 

Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə edilən xalq artisti Habil Əliyevin vəziyyəti ağır-stabil olaraq qalır. Bu barədə Lent.az-a açıqlamasında sənətkarın həkimi reanimatoloq Səbinə Qasımova bildirib. O əlavə edib ki, H. Əliyev tam olaraq süni tənəffüs aparatından ayrılmayıb: “Vəziyyəti yoxlamaq üçün, müalicənin nəticə verib vermədiyini bilmək üçün süni tənəffüs aparatından ayırırıq, sonra yenidən qoşuruq. Yaşam reaksiyaları var, ətrafa reaksiya verir. Hələ konkret heç nə deyə bilmərik. Müalicəni davam etdiririk və effektini gözləyirik”.

 

Türkiyədən gələn professor haqqında açıqlama verən S. Qasımova türk həkimin heç bir müalicə təyin etmədiyini deyib : “15 dəqiqə müayinə etdi, müalicə ilə tam razı olduğunu bildirdi və həmin gün də getdi. Bizim müalicələr kritik durumdan çıxarıb və  stabil saxlayır. Müsbətə doğru irəliləyiş olan kimi reanimasiyadan çıxarılacaq. Tibb elə bir sahədir ki,  hər dəqiqə dəyişiklik ola bilər. Ona görə də öncədən proqnoz vermək istəmirik. Reanimasiyadan çıxanadək vəziyyət ağır olaraq qiymətləndirilir. Hələ ki, ciddi müsbət dəyişiklik yoxdur”.

 

Xatırladaq ki, avqustun 16-da  xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.  

 

***

 

12:53

 

Azərbaycanın xalq artisti, kaman ustadı Habil Əliyevin sağlıq durumu stabildir. Hər ötən gün müsbətə doğru dəyişikliklər nəzərə çarpır".

Lent.az-ın report-a istinadən xəbərinə görə, bunu Mərkəzi Klinik Xəstəxananın reanimatoloqu, xalq artistinin həkimi Səbinə Qasımova deyib.

Həkimin sözlərinə görə, Habil Əliyev süni tənəffüs aparatından ayrılıb. Amma ağciyər çatışmazlığı olduğu üçün gün ərzində bir neçə dəfə süni tənəffüs aparatına qoşulur: "Hazırda vəziyyəti stabildir. Ciddi dəyişikliklər qeydə alınmayıb. Qısa cümlələr deyə bilir. Hazırda ailə üzvləri yanındadır. Ümid edirik ki, gün keçdikcə Habil müəllimin vəziyyəti tam yaxşılaşacaq".

Xatırladaq ki, xalq artisti Habil Əliyev Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. 88 yaşlı sənətkar ağciyər və ürək çatışmazlığından əziyyət çəkir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Ümidə Həsənli

Oxşar yazılar