
Gürcüstanda “Forsaj-9” filminin çəkilişlərinə başlanılıb
Tbilisidə “Forsaj-9” (Fast and Furious - 9) filminin bəzi səhnələrinin çəkilişinə başlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, avqustun 20-dək davam edəcək çəkilişlərlə əlaqədar Gürcüstan paytaxtının müəyyən küçələrində nəqliyyatın hərəkəti vaxtaşırı məhdudlaşdırılacaq. Tbilisidə çəkilişlər əsasən Rustaveli və Vazha-Pshavela prospektlərində, Azadlıq meydanında, Puşkin, Besarion Jqenti, Avto Varazi və Universitet küçələrində aparılacaq.
Filmin çəkilişləri Tbilisi ilə yanaşı Rustavi rayonunda da aparılacaq. Burada çəkiliş məkanı kimi Rustavi maşın bazarı seçilib.
Qeyd edək ki, “Forsaj - 9” filminin Gürcüstanda çəkilişləri “Gürcüstanda çək” dövlət proqramı şərşivəsində baş tutub.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06