Filmlərimiz Braziliyada nümayiş olundu
09 oktyabr 2013 08:26 (UTC +04:00)

Filmlərimiz Braziliyada nümayiş olundu

0

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizin Braziliyadakı səfirliyi və Braziliya Bankının Mədəniyyət Mərkəzi bu ölkənin bir neçə şəhərində Azərbaycan bədii filmlərinin nümayişini təşkil edib. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nümayiş olunan "40-cı qapı", "Sahə", "Buta", "Niyyət", "Girov", "İlahi məxluq" bədii filmləri səfirliyimiz tərəfindən portuqal dilində subtitrləşdirilmiş, həmçinin tədbirlə bağlı C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən əldə olunmuş video və foto materiallar əsasında proqramlar, poster və bannerlər hazırlanıb. Hər üç şəhərdə rejissor Eldar Quliyevin Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən "Girov" bədii filminin nümayişindən sonra Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovla tamaşaçılar arasında görüşlər keçirilib, görüşlərdə Azərbaycanın tarixi, mədəniyyəti, kinosu, habelə müasir inkişafı, beynəlxalq və regional müstəvidə oynadığı rol, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan-Braziliya əlaqələri kimi mövzular müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 950

Oxşar yazılar