Fidanın London uğuru
13 mart 2014 10:18 (UTC +04:00)

Fidanın London uğuru

0

Əməkdar artist Fidan Hacıyeva Londonda solo-kosnert verib. Lent.az-ın məlumatına görə, Novruz ərəfəsində təşkil olunan konsert “Yazın səsi” adlanıb.

 

Bununla bağlı təəssüratlarını Lent.az-la bölüşən F.Hacıyeva bildirib ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə 400 nəfərlik tamaşaçı tutumu olan “King`s Place” mərkəzində olub: “Çox gözəl bir konsert oldu. Gecədə tamaşaçıların çoxu ingilislər idi. Həqiqətən də konsertin təşkilatçılığı yüksək səviyyədə təşkil olunmuşdu. Konsertdə yeniliklərdən biri də o idi ki, Azərbaycan klassik musiqilərini ingilis dilində ifa etdim. Dəfələrlə izləyicilər tərəfindən ayaq üstə alqışlandım və bu, klassik musiqimizin təntənəsidir”.

F.Hacıyeva onu da əlavə edib ki, “Royal Opera House”da çıxış etmək təklifi alıb.

Qeyd edək ki, konsertdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 990

Oxşar yazılar