Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cənub bölgəsində səfərdədir. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir şəhərin Heydər Əliyev Mərkəzində Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı, Üardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirir.
Qəbulun keçirilməsində məqsəd vətəndaşların şikayət və problemləri ilə maraqlanmaq və onların həllini tapmaqdır.
Qeyd edək ki, nazirlərin bölgələrə səfəri prezidentin tapşırığı əsasında keçirilir.