Əbülfəs Qarayev: “Çövkən artıq beynəlxalq səviyyədə qorunacaq”
03 dekabr 2013 17:16 (UTC +04:00)

Əbülfəs Qarayev: “Çövkən artıq beynəlxalq səviyyədə qorunacaq”

“Çövkən oyununun UNESCO-nun təcili qorunmaya möhtac qeyri-maddi mədəni irs siyahısına salınması Azərbaycan xalqının qələbəsidir”.


 

APA-nın xəbərinə görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Qarabağ atları üzərində çövkən oyununun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması Azərbaycan tarixi və mədəniyyətində mühüm hadisədir: “Azərbaycanda məşhur olan çövkən artıq beynəlxalq səviyyədə qorunacaq”.  

 

Nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həm Qarabağ atlarının sayının artmasına, həm də çövkən idman növünün inkişafına problem yaradır. İranın da çövkən oyununa iddia etməsinə toxunan Ə. Qarayev qeyd edib ki, Azərbaycan və İran iki ölkə arasında dostluğa ziyan vura biləcək məsələləri aradan qaldırmaq üçün iş aparır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721
avatar

Oxşar yazılar