Dirijorumuzun rəhbərliyi Rusiya  Filarmoniyasında “Traviata”-nın premyerası olub
18 noyabr 2013 21:48 (UTC +04:00)

Dirijorumuzun rəhbərliyi Rusiya Filarmoniyasında “Traviata”-nın premyerası olub

Azərbaycanlı dirijor Əyyub Quliyevin musiqi rəhbərliyi və dirijorluğu ilə  Vasiliy Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının böyük zalında Cüzeppe Verdinin “Traviata” operasının premyerası keçirilib.

 

Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, “Traviata” operası Rusiyanın cənub regionunda ilk dəfə tamaşaya qoyulub. Operanın quruluşçu  rejissoru Andrey Noqin, geyim üzrə rəssamı Mariya Pavlova, xorun rəhbəri Alina Muxamedjanova, xoreoqraf Nina Klepneva, konsertmeysterlər İrina Lyabax, Marqarita Beketovadır.

 

Əyyub Quliyev əlavə edib ki, Safonov Akademik Filarmoniyası ilə növbəti opera layihəsi 2014-cü ilin yanvar və noyabr aylarına planlaşdırılıb. Sergey Raxmaninovun “Aleko” və Pyotr Çaykovskinin “Yevgeniy Onegin” operaları yeni quruluşda dinləyicilərə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Oxşar yazılar