
Bülbülün xatirəsi anıldı
Sentyabrın 26-da Fəxri Xiyabanda Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb.
APA-nın məlumatına görə, Azərbaycanın Rusiyadakı səfiri, sənətkarın oğlu Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarını ziyarət ediblər.
Sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə yad olunub.
Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib: “Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Azərbaycan dövləti Bülbülün bənzərsiz sənətinə hər zaman yüksək qiymət verib”.
Xatırladaq ki, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) 1897-ci il iyunun 22-də Şuşada anadan olub. Xalq mahnıları və romansların (“Sənsiz”, “Sevgili canan” - Ü.Hacıbəyli, “Ölkəm” - A.Zeynallı və s.), operalarda (“Koroğlu”, “Əsli və Kərəm”) baş partiyaların unudulmaz ifaçısı kimi şöhrət qazanıb. 1931-ci ildə Milan Konservatoriyasını bitirən sənətkar Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. O, həmçinin xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci il sentyabrın 26-da vəfat edib.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06