Səyavuş Aslanın ölümündən 2 il ötür
27 iyun 2015 14:30 (UTC +04:00)

Səyavuş Aslanın ölümündən 2 il ötür

Bu gün xalq artisti Səyavuş Aslanın ölümündən iki il ötür. Lent.az-ın məlumatına görə, 2 il öncə yaşadığı evdə sənətkarın halı pisləşib və o, uzun illər əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib. 

 

Xatırladaq ki, Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Sənətkar aktyor kimi fəaliyyətinə dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yaddaşlarda qalıb. O, 1984-cü ildən Akademik Milli Dram Teatrının fəaliyyət göstərib və bir çox rəngarəng obrazlar yaradıb.

 

Qeyd edək ki, ölməz sənətkar S.Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Yalçın UĞUR

Oxşar yazılar