Bu gün Gülşən Qurbanovanın doğum günüdür
19 dekabr 2014 10:42 (UTC +04:00)

Bu gün Gülşən Qurbanovanın doğum günüdür

0

Bu gün xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. Yaşasaydı, aktrisanın 64 yaşı tamam olacaqdı. 

Lent.az-ın məlumata görə, Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə dünyaya gəlib. 1974-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında çıxış etməyə başlayıb. 
Aktrisa kimi fəaliyyəti dövründə yaratdığı obrazlar Gülşən Qurbanovaya tamaşaçı sevgisi qazandırıb. 
"Mənim nəğməkar bibim" tamaşasındakı Mərcan, "Şirinbala bal yığır" tamaşasında Eyzəngül, "Məhəbbət novellası" tamaşasında Gülnarə və digər obrazlarını Azərbaycan tamaşaçısı yaxşı xatırlayır. 
 

Qeyd edək ki, G.Qurbanova 2006-cı il noyabrın 17-i ömrünün 55-ci payızında dünyasını dəyişib.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar