Dövlət Pantomima Teatrının yanvar repertuarı açıqlanıb. Teatrdan Lent.az-a verilən məlumata görə, yanvarın 4-də C.Dadaşovun “Mən və Mən”, ayın 5-də N.Qəribovanın və C.Dadaşovun birgə hazırladıqları “Katarsis” tamaşaları nümayiş etdiriləcək.
Teatrın kollektivi yanvarın 11-də A.Rünoskenin “Kesa və Morito”, ayın 12-də Z.Zeynalovun “Maska” tamaşalarını təqdim edəcəkdir.
Pantomima tamaşası həvəskarları yanvarın 18-də Ç.Aytmatovun “Manqurt”, ayın 19-da B.Xanızadənin “Unutmayaq” tamaşalarına baxa biləcəklər.
“Məlikməmməd” xalq nağılı əsasında böyüklər üçün hazırlanmış eyniadlı tamaşa yanvarın 25-də, B.Xanızadənin “No comment” tamaşası isə ayın 26-da olacaq.
Yanvarın 12-də və 26-da teatrın gündüz seansında A.Şaiqin “Tıq-Tıq”, ayın 18-də isə A.Eqzüperinin “Balaca şahzadə” tamaşaları göstəriləcək.