Boluda Azərbaycan gecəsi
30 oktyabr 2013 14:18 (UTC +04:00)

Boluda Azərbaycan gecəsi

Boluda Azərbaycan-Türkiyə qardaşlıq gecəsi keçirilib. Lent. az-ın məlumatına görə,  millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Bolu Ticarət və Sənaye təşkilatı, Abant İzzət Baysal Universiteti, Aşıq Şəmşir Mədəniyyət Ocağı İB, Türk dünyası tələbə toplumu və Bolu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən gecədə türk dövlətləri arasında mənəvi körpü qurulması ortaq dəyərlərin üzə çıxarılması məsələləri ortaya qoyulub.

 

“Türk dünyasında bir-birimizi asanlıqla başa düşəcəyimiz tək ölkə Azərbaycandır. Bizə əvvəllər SSRİ-də türk dövlətinin olduğu öyrədilmədi. Ancaq Türkiyə indi əvvəlki Türkiyə deyil. Artıq türk dünyası ölkələri ilə əlaqələr qurmağa çalışır. Bu əlaqələrin qurulması üçün fədakar insanlara ehtiyac var” bunu çıxışı zamanı Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz bildirib.

 

Gecədə çıxış edən millət vəkili Q. Paşayeva tarixi kökləri olan Türkiyə-Azərbaycan əlaqələrindən danışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076
avatar

Oxşar yazılar