Baş mühasib töhmət alıb
07 aprel 2016 15:53 (UTC +04:00)

Baş mühasib töhmət alıb

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin müdiri–baş mühasibi Atakişiyev Telman Cəbrayıl oğluna vəzifə öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib. Bu barədə idarədən Lent.az-a verilən məlumatda deyilir.

Qeyd edək ki, idarənin tabeliyində olan müəssisələrdə apardığı yoxlamalar nəticəsində bəzi əməkdaşlar əmək fəaliyyətlərində buraxdıqları qüsurlara görə əmək məcəlləsinə uygun xəbərdarlıq və töhmət alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar